- Baxış sayı: 23
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubu Premyer liqanın növbəti oyununda “Qarabağ”a 0:2 hesab ilə uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçi Elxan Abdullayev fikrini bildirib:
“Bu gün Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. “Qarabağ”la açıq futbol oynamaq hər komanda üçün çox təhlükəlidir. Bu taktika özünü doğrultdu, sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Oyundan razı qaldım, çünki futbolçulardan istək və mübarizə tələb edirdim ki, onu da gördüm. Amma nəticədən razı qalmadım.
Yeni ildə “Neftçi” tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik. Tiranın hərəkətinə gəlincə, peşəkar futbolçu özünü belə aparmamalıdır. Futbolçu özünü idmançı kimi aparmalıdır. Heç bir futbolçunun haqqı yoxdur ki, azarkeşə əl qaldırsın. “Neftçi” bu məsələni belə qoymayacaq. Tiranı klub tərəfindən böyük cəza gözləyir”.