Elxan Abdullayev: “Monako” ilə oyun evdə də asan olmayacaq

Azərbaycan millisinin məşqçisi Elxan Abdullayev sabah Bakıda “Qarabağ”ın qonaq edəcəyi “Monako” klubu ilə görüşünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis,  “ağlar”ın qələbə şansını əllinin əlliyə qiymətləndirib:

“”Qarabağ” son dövrlər öz oyunu ilə bizləri sevindirmir. Xüsusilə, çempionatda parlaq oyun sərgiləmirlər. Bu da böyük ehtimalla futbolçuların daha çox Avroliqanı düşünməsindən irəli gəlir.

“Monako” yaxşı komandadır. Bu rəqiblə evdə oynasaq da, asan olmayacaq. Fransa təmsilçisi ilə heç-heçəni də yaxşı nəticə saymaq olar”

Həmin kateqoriyadan