Elxan Abdullayev məsuliyyəti üzərindən atdı: Heyətdə zədəlilər var, futbolçu seçimi məhduddur

“Neftçi” premyer liqanın 24-cü turunda səfərdə “Sumqayıt”a 0:2 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra məğlub komandanın baş məşqçisi Elxan Abdullayev bunu söyləyib: 

“Erkən qol vurmaq istəyirdik. Futbolçulara tapşırmışdım ki, birinci hissədə mütləq qol vurmaq lazımdır. Belə olsaydı, bundan sonra oyun bizim üçün daha rahat keçəcəkdi. Amma təəssüf ki, şanslardan yararlana bilmədik.

Rəqib isə əksinə, əlinə düşən imkanlardan istifadə etdi və qələbə qazandı. Rəqibi təbrik edirəm. Hələ ki şanslarımızı itirməmişik, 4-cü yer uğrunda mübarizəni davam etdiririk. Heyətdə zədəlilərimiz var, futbolçu seçimi məhduddur. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanaq”.

Həmin kateqoriyadan