- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev ölkə çempionatının 22 turunda “Qəbələ” klubu üzərində qələbədən danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesablı uğurdan razı qalıb:
“Çox ağır oyun keçdi. “Qəbələ” güclü komandadır, yaxşı məşqçisi və futbolçuları var. Rəqib komanda çempionluq uğrunda mübarizə apardığına görə Bakıya 3 xal üçün gəlmişdi. Lakin bizə də mütləq qələbə lazım idi. Əsas odur ki, bu gün qalib gəldik”.