- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Praym” internet televiziyasının (Prime TV Azerbaijan) baş redaktoru Aygün Muradxanlı, “Xural” TV-də Əvəz Zeynallının “Siyasət meydanı” verilişinin qonağı olub. Allsport.az saytının məlumatına görə, həmkarlarımız söhbət zamanı idmana da toxunublar. Xanım jurnalist qeyd edib ki, ölkə futbolunu məhv edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun adının gənclər və idman naziri olmağa namizədlər sırasında olması yolverilməzdir:
“İdarəetmədə təfəkkür dəyişikliyi yoxdur. Həbslər də heç nəyi dəyişmir. İndi Azərbaycan futbolunu məhv edən Elxan Məmmədov gənclər və idman naziri olmaq istəyir. Sən öz sahəni tamamilə bərbad edən insansan. Komandamızın qapısına 15 top belə vurublar. Sən hansı üzlə, hansı əxlaqla, hansı düşüncə ilə bu vəzifəyə iddialısan?”