- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
AFFA-nın baş katibi Elxan Məmmədovun Premyer Liqa klublarını nəzarətə götürərək, Ramin Musayevi “portfelsiz nazir” etmək planı davam edir. Allsport.az saytı supersport.az-a istinadən xəbər verir ki. bu dəfə “İnter” onun sərəncamına veriləcək. Yeni mövsümdən klubda Müşahidə Şurası yaradılacaq.
“Bankçılar”ın prezidenti Georgi Nikolov bunun tərəfdarı deyil. Bolqar futbol adamının yayda klubla müqaviləsi başa çatacaq və onunla kontrakt uzadılmayacaq. Azərbaycan Beynəlxalq Bankının klubun AFFA-nın nəzarətində olmasına razı olduğu bildirilir. Müşahidə Şurasında bankdan iki şəxs yer alacaq.
“İnter” Elxan Məmmədovun nəzarətinə keçdikdən sonra yeni sponsorlar cəlb ediləcək ki, borclar ödənilsin. Klubun borcları olarsa, UEFA paytaxt təmsilçisini avrokuboklara buraxmayacaq. Mülahizəyə görə, “Neftçi”, “Sumqayıt” və “Kəpəz” AFFA-nın baş katibinin nəzarətindədir.