- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA-nın baş katibi Elxan Məmmədov millətlər liqasının püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, assosiasiyanın rəsmi saytına bunu deyib:
“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir.
Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.