- Baxış sayı: 30
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA-nın təşəbbüsü və talassemiya federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın futbol akademiyasında təşkil olunmuş aksiyada AFFA-nın, Peşəkar futbol liqasının, premyer liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
“Biz birlikdə güclüyük” devizi altında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd koronavirus pandemiyası dövründə talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi və cəmiyyətin diqqətinin onlara yönəldilməsidir.