Elxan Məmmədov “Qarabağ” və “Qəbələ”ni Premyer Liqadan uzaqlaşdıracaq

Premyer Liqada Müşahidə Şurası yaratmayan 3 klubdan biri olan “Xəzər Lənkəran” da tədricən AFFA-nın nəzarətinə keçməkdədir. Allsport.az saytı xəbər verir ki, ağır durumda olan cənub klubunun da yeni ildən sözügedən şuranı yaradacağı gözlənilir. Elxan Məmmədovun klubları tamamilə nəzarətə götürməsi üçün qalır “Qarabağ”la “Qəbələ”. Məlum məsələdir ki, hər iki klub AFFA-nın bu absudr təklifini haqlı olaraq qulaqardına alır. Federasiya isə öz inadından əl çəkmək fikrində deyil.

Rekord.az-a daxil olan məlumata görə, AFFA rəhbərliyi hər iki kluba son dəfə ciddi xəbərdarlıq edib. Əgər növbəti ilin martına kimi Müşahidə Şurası yaratmasalar hər iki kluba böyük məbləğdə pul cəzası kəsiləcək. Əgər bundan sonra da qərar icra edilməsə, o zaman AFFA növbəti mövsüm üçün həm “Qarabağ”ı, həm də “Qəbələ”ni Premyer Liqadan kənarlaşdıracaq. Artıq bu hədə dolu xəbərdarlıq hər iki kluba rəsmi olmasa da qeyri-rəsmi sızdırılıb.

Həmin kateqoriyadan