- Baxış sayı: 38
- 30 Mart 2026 21:25
- Baxış sayı: 366
- Mart 30, 2026
- 0

Regionlara səfər çərçivəsində Azərbaycan futbol federasiyaları assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Zaqatalada olub.
Allsport.az xəbər verir ki, Zaqatala olimpiya idman kompleksinin stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş keçirilib. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.
Tədbirin sonunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və 1-ci divizionda mübarizə aparan “Zaqatala” klubunun prezidenti Musa Qurbanovun iştirakı ilə uşaqlarla oyun keçirilib.