Elxan Məmmədova FİFA bayrağını hədiyyə edənlər barəsində iş açılıb

FIFA-nın Etika Komitəsinin Arbitraj Palatası qurumun prezidenti Yozef Blatter və UEFA-nın başçısı Mişel Platini barəsində iş açıb. Allsport.az saytı xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında verilib. Bəyanatda deyilir: “Arbitraj palatası məruzələri diqqətlə öyrənib və iki vəzifəli şəxsə qarşı rəsmi iş açmaq qərarına gəlib”.

İsveçrə Federal Ədliyyə Bürosu (FOJ) da sentyabrın 25-də Blatterə qarşı iş açıb. O, 2011-ci ildə 2 milyon İsveçrə frankını qanunsuz olaraq Platininin hesabına köçürməkdə şübhəli bilinir. Pullar guya 1999-cu ilin yanvarından 2002-ci ilin iyununadək olan dövrdə işlərin görülməsinə görə Platininin hesabına köçürülüb. Fransalı mütəxəssis bildirib ki, həmin ödəmə müqavilə əsasında, qanuna tam müvafiq şəkildə həyata keçirilib.

Xatırladaq ki, FIFA-nın Etika Komitəsi qurumun prezidenti Yozef Blatteri, baş katibi, daha əvvəl vəzifəsindən azad edilmiş Jerom Valkeni və UEFA-nın prezidenti Mişel Platinini oktyabrın əvvəllərində 90 gün müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən kənarlaşdırıb.

Həmin kateqoriyadan