YALAN
Elxan Məmmədovun əməkdaşlıq etdiyi AFFA könülləri azarkeş kimi təqdim olunur

Xəbər verdiyimiz kimi, AFFA oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya matçına bilet satışını həyata keçirdir və eyni zamanda bunun təbliğatını da aparır. Allsport.az saytı xəbər verir ki, Biletləri “Baksell Arena”nın kassalarında, 28 Mol Ticarət Mərkəzində və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Baksell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Rekord.az-ın məlumatına görə, əslində ictikmaiyyətə azarkeş kimi təqdim olunanlar heç də belə deyillər. Onlar haçısı AFFA-nın öz könüllüləridir. Məsələn, bu şəkildə gördüyünüz qızı iki gün əvvəl futzal üzrə millimizin Slovakiya ilə keçirdiyi oyunda könüllü qismində görüb. Bundan başqa, “Qəbələ” – “Olimpiakos” matçında təşkilati işlərə nəzarət edib, kiçikyaşlı uşaqların Avropa Liqasının böyük bayrağını stadiona gətirib-aparmasına nəzarət edib. Bundan başqa, könüllü qismində “Qarabağ” – “Yanq Boyz” matçında da iştirak edib, hətta Respublika stadionunun media üçün nəzərdə tutulan giriş qapısında bilet və vəsiqələri yoxlayıb.

Yerləşdirdiyimiz videodan da görürük ki, bu xanım könüllü millimizin Xorvatiya ilə matçı üçün nəzərdə tutulan bilet alışı zamanı da görünür. Belədə sual doğur: bununla kimi və niyə aldatmış oluruq? Yalanın böyüklüyü-kiçikliyi olmur. Ancaq bunu kiçik bir yalan kimi qiymətləndiririk…

Düşünürük ki, əsl azarkeş bilet almağa gələndə həmin insanın fotosu sayta yerləşdirilsə, daha yaxşı olar. İnanırıq ki, AFFA gələcəkdə bu amili nəzərə almağı unutmayacaq. Yaxınlarda “Neftçi”nin çempionat oyunlarına biletlərinin alınması ilə bağlı yerləşdirdiyi xəbər zamanı da aşkar olunmuşdu ki, alıcılar azarkeş yox, klubun könüllüləridir.

qiz=

 

Həmin kateqoriyadan