- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia ortaya atıb. Allsport.az saytı xəbər verir ki, gənc futbolçu Azərbaycan yığmasından imtina edə bilər. Almanlar bir müddət əvvəl 18 yaşlı forvardın 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçdiyini yazmışdılar. Apasport.az-n yerli KİV-ə istinadən məlumatına görə, xəbərdə DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşmada iştirak ərizəsinə salınmamağı futbolçunu narahat etdiyi bildirilib:
“Renat milli komanda məsələsini valideynləri ilə yenidən müzakirə edəcək. O, karyerasını peşəkar şəkildə yaşamaq istəyir. Bütün bunlar belə bir sual ortaya çıxarır: Renat Dadaşov qərarını dəyişir? Bundestimə də qapını hələ bağlamayıb. Azərbaycan millisində debüt etmədiyi üçün seçimini dəyişmək şansı davam edir”.
Almaniyalı həmkarlarımız hazırda “Ayntraxt”ın U-19 komandasında çıxış edən Renat Dadaşovun əsas kollektivə qoşulacağını da istisna etməyiblər: “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç gənclərlə çalışmağı sevir. Renatın da perspektivli futbolçu olduğunu yaxşı bilir və onu əsas heyətə cəlb etməyi düşünür. Yaxın müddətdə Dadaşovun “Ayntraxt”ın əsas komandasına qoşulması təəccüblü olmaz”.
Qeyd edək ki, Renat Dadaşov Almaniyanın U-17 yığmasında keçirdiyi 15 oyunda 13 qola imza atıb.