Elxan Məmmədovun futbolçusu Sequndada məğlubiyyətə şərh verib

Azərbaycan millisinin və İspaniyanın “Kadis” klubunun üzvü Eddi İsrafilov İspaniya Sequndasının 5-ci turunda “Reus”a qarşı keçirdikləri səfər oyununu (0:1) şərh edib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi  açıqlamasında bunu deyib:

“Bu görüşdə qələbə də qazana bilərdik. Amma ələ düşən qol şanslarından yaxşı yararlana bilmədik. Sequnda Liqada belə hallar olur. Artıq bu oyun geridə qaldı və biz növbəti matçımıza köklənməliyik. Öz oyunuma gəlincə, baş məşqçi mənə güvənir. “Xetafe” ilə oyunda hər şey çox yaxşı alındı. Baş məşqçinin göstərdiyi etimadı doğrultmaq istəyirəm”.

Həmin kateqoriyadan