- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Azərbaycan millisi Dünya Kuboku-2018-in seçmə qrup ələməsində Şimali İrlandiyaya səfərində ticarətindən qalmayıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərindən 4 cavabsız top yeyən komandamız Bakıya 8 televizorla qayıdıb. Bu iddia ilə “Sky sports” çıxış edib.
Həmin televizorların dəqiq kim və ya kimlər tərəfindən alındığı yazılmayıb. Amma yerli elektron mağazasından 12 min funt sterlinq dəyərində alış-veriş edildiyi bildirilir. Həmin televizorlardan 3-ü 72 düymlük olub. Görüşdən sonra həmin 8 televizor millimizi Bakıya gətirən təyyarəyə yüklənib.
Qeyd edək ki, belə hal ilk dəfə baş vermir. “Ay-ulduzlular”ımız ölkə dışı səfərlərində nazik ekranlı televizorlar almağa adət edib. Komandamızla ezamiyyədə olan KİV nümayəndələri dəfələrlə buna şahidlik ediblər.