Elxan Məmmədovun millimizə gətirdiyi baş məşqçi qumarda nə qədər uduzub?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib. O, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.

Apasport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.

Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.

 

Həmin kateqoriyadan