Emeridən qələbə şərhi

“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa liqasının 1/8 final mərhələsində “Lill” klubu üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis komandasının intizamlı oyunundan razı qaldığını bildirib:

“Komandamın oyunundan məmnunam. Mükəmməl olmasa da, kifayət qədər stabil çıxış etdik. Əlimizə düşən imkanlardan maksimum yararlandıq. Planımız rəqibə öz oyunumuzu diktə etmək və soyuqqanlılığı qorumaq idi. İlk qolumuzu əks-hücumda vurduq ki, bu da planlarımıza daxil idi. Rəqibin irəli atılacağını və bundan istifadə edə biləcəyimizi bilirdik”.

İlk oyunda da 1:0 hesabı ilə qalib gələn “Aston Villa” iki oyunun nəticəsinə görə 1/4 finala yüksəlib. İngiltərə təmsilçisi növbəti mərhələdə “Bolonya” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan