- Baxış sayı: 61
- 27 Mart 2026 18:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib. Asport.az saytı xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” səfərdə “Darmştadt”la qarşılaşıb.
Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Frankfurt təmsilçisi hazırda 33 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.