- Baxış sayı: 137
- 20 Mart 2026 23:43
- Baxış sayı: 184
- Mart 19, 2026
- 0

“Tobol”un azərbaycanlı futbolçusu Emil Balayev Qazaxıstan premyer-liqasının 31-ci turunda “Kayrat”la oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, millimizin qapıçısı 0:2 yenildikləri görüş haqda bunu deyib:
“Çempionat hələ bitməyib. İndi Avropa zonasından kənardayıq, ancaq qarşıda oyunlarımız var, mübarizəmizi davam etdirəcəyik. Oyunlara yüz faizlik motivasiya ilə çıxırıq. İlk 3-lüyə girə bilmək üçün qarşıdakı oyunlarda maksimum xal toplamalıyıq. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm”.
“Tobol” 59 xalla 12 komanda arasında 4-cü pilləyə enib.