- Baxış sayı: 60
- 27 Mart 2026 18:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə “Bayer”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:3. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ayntraxt” hazırda 27 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.