- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Premyer liqanın 5-ci turunda “Sumqayıt” – “Neftçi” matçı (0:1) Emin Mahmudov üçün 2-qat əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, kapitan 200-cü dəfə “ağ-qara” geyimdə olub.
31 yaşlı futbolçu ölkə çempionatında 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda 25 (9 qol) dəfə flaqmanın şərəfini qoruyub. O, “kimyaçılar”la görüşdə yeganə qolun ötürməsini verib.