- Baxış sayı: 15
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

Emin Mahmudov “Neftçi” ilə müqaviləsini 3 il müddətinə artırandan sonra klubun rəsmi saytına müsahibə verib. Allsport.az xəbər verir ki, uzun müddətlik müqavilə bağladığına görə özünü xoşbəxt hiss etdiyini bildirən təcrübəli futbolçu karyerasının sonunadək “Neftçi”də qalmaq istədiyini deyib:
“Çox xoşbəxtəm! 3 ildi burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətlik müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək “Neftçi”də qalmaq istərdim”.