- Baxış sayı: 17
- 25 Noyabr 2024 12:41
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Rusiyanın “Mordoviya” klubunun yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan yığmasında oynamaq perspektivindən, eləcə də doğma vətəninə səfərindən danışıb. Allsport.az sizi həmin açıqlamalarla tanış edir.
– Azərbaycanda sonuncu dəfə nə vaxt getmisiniz?
– Bu yay ora dayım oğlanlarından birinin toyuna getmişdim. Özüm Saatlı rayonunda anadan olmuşam. Amma oraya gedəndə daha çox Cəlilabadda oluram. Bu, anamın doğma rayonudur. Yaşadıqları kənd İranla sərhəddə yerləşir. Sərhədə çatmaq üçün bir saatdan da az vaxt lazımdır.
– Ölkənizdə sizin oyunlarınızı, karyeranızı izləyirlər?
– Elə də yaxından yox. Orada insanlar elə də imkanlı deyillər. Məsələn, sputnik televiziya və ya internetə malik deyillər ki, Rusiya futboluna, çempionatına yaxından baxa bilsinlər.
– Sizə Azərbaycan yığmasında oynamaq təklif olunub?
– Bir neçə dəfə. Amma böyük ehtimalla Azərbaycan yığmasında oynamayacağam. Çünki belə olan halda Rusiyada legioner sayılacağam. Ona görə də Rusiya yığmalarına dəvət almağa ümidliyəm.
– Saranska tək gəlmisiniz?
– Bəli. Amma ev problemini həll edəndən sonra həyat yoldaşım Sevinci də bura gətirəcəyəm. Xanımım da azərbaycanlıdır. Onunla Gürcüstanda tanış olmuşuq – o, orada oxuyurdu. Hələ ki, övladımız yoxdur.