- Baxış sayı: 180
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

Bu gün “Neftçi” Avropa liqasının 1-ci turunun cavab görüşündə saat 23:00-da “Ferens Susa” stadionunda Macarıstanın “Uypeşt” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, matçdan qabaq milli futbolçu Emin Mahmudov öz fikrini açıqlayıb:
“Əlbəttə, ağır oyun olacaq. Çünki rəqib fiziki baxımdan güclüdür. Biz öz oyunumuzu göstərib, uğurlu nəticə qazanmağa çalışacağıq. Matça tam köklənmişik. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynayacağıq”.