- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Moskvada yaşayan Anar İbrahimovun “Youtube”da sahibi olduğu “İbrakadabra” kanalının qonağı olub. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini seçməsi barədə danışıb.
O, buna görə Bakının mərkəzində mənzil alması barədə yayılan söz-söhbətlərin yalan olduğunu deyib:
“Bu, doğru deyil. Yığmanı seçməyimin qarşılığında nəsə almamışam. Gəlişimdə indi “Sumqayıt”ın prezidenti olan Riad Rəfiyevin rolu oldu. O vaxtı mənimlə danışırdı. Həmin dönəm agent idi, həm də yığmada menecerlik edirdi. Bildirdim ki, mənə Avropada klub tapsan, Azərbaycan millisinə gələrəm. Bu seçim üçün pul və başqa şey almamışam.
Azərbaycan pasportu ilə Rusiya Premyer Liqasında oynamaq çətinləşir. Limit olmasaydı, Azərbaycan millisinin üzvü kimi Rusiya çempionatında oynayacaqdım. Problem budur”.
“Saturn”un yetirməsi Rusiyada “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” klublarında çıxış edib. Emin 2016/17 mövsümünü Portuqaliyanın “Boavişta” klubunda keçirib. O, 2016-cı ildə Azərbaycan millisində debüt edib. Mahmudov 2017-ci ildə “Neftçi”yə transfer olub.