- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Neftçi” Topaz premyer liqasının ilk turunda paytaxtda “Sumqayıt” klubunu 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Emin Mahmudov görüşdən sonra müsahibə verib.
– Komandanı kapitan qismində meydana çıxardın…
– “Neftçi” kimi klubu kapitan kimi meydana çıxarmaq çox sevindiricidir. Düzdür, bu müvəqqətidir, amma məsuliyyətimi artırır.
– Qələbə qazanmağımıza baxmayaraq, komandanın oyunu o qədər də yaxşı təsir bağışlamadı…
– Düzü, “Uypeşt”ə məğlubiyyətin təsirindən hələ tam çıxmamışıq. Amma inanıram ki, bu və sonrakı qələbələr bizə həmin oyunu unutduracaq.
– Baş məşqçi Roberto Bordin “Sumqayıt”la görüşdən sonra komanda üzvlərinə nə dedi?
– Baş məşqçimiz dedi ki, bu çətin qələbə oldu və üzərində işləməli olduğumuz çox nüanslar var. Bəli, üzərimizdə işləməliyik, amma mövsümün sonunda turnir cədvəlindəki mövqelər komandanın necə oynadığına görə yox, topladığı xallara görə müəyyənləşəcək.
– Hesabı 2:0-a çatdırmazdan əvvəl sənin 2 qol epizodun oldu, amma hər iki halda fütsəti boşa verdin. Belə epizodlardan sonra psixoloji olaraq özünə gəlib, qol vurmaq nə qədər çətin idi?
– Düzdür, qol vurmaq üçün əlimə 2 imkan düşmüşdü. Həmin epizodlarda qol vursaydım, bəlkə də 3 xalı qazanmaq komanda üçün daha asan olacaqdı. Amma əsas odu ki, biz qol vurduq və qalib gəldik. Açığı, mənim 2 yox, 3 fürsətim oldu. Çünki bir halda Baqali Dabonu görmədim, özüm zərbə endirdim. Amma sonra gördüm ki, Dabo daha əlverişli mövqedə olduğu üçün topu ona ötürməliydim.