- Baxış sayı: 150
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0
İsveç çempionatında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Hammarbü” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 23 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.