- Baxış sayı: 13
- 25 Noyabr 2024 17:45
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
İsveç çempionatında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Malmö” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.