Emin Nuri yenə oynamadı, klubu 1 xalla kifayətləndi

İsveç çempionatında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Otvidaberq”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Kalmar”ın əsas heyət oyunçularından olan Eminin adı ötən tur olduğu kimi, bu matçın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Kalmar” hazırda 24 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan