- Baxış sayı: 37
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 152
- Dekabr 19, 2025
- 0


İsveç çempionatında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin şərəfini qoruduğu “Kalmar” növbəti matçına çıxıb.
Bu klub səfərdə “Höteborq”la qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Bu, “Kalmar”ın yeni mövsümdəki ilk heç-heçəsidir.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb. Lakin o, 59-cu dəqiqədə əvəzlənib. “Kalmar” geridə qalan turlarda topladığı 4 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.