- Baxış sayı: 66
- 27 Mart 2026 18:30
- Baxış sayı: 68
- Mart 29, 2026
- 0
İsveç yüksək liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası “Kalmar” doğma meydanda “Falkenberq”lə qarşılaşıb.
Ev sahibləri bu görüşdən qələbə ilə ayrılıb – 3:0. Əsas heyətdə meydana çıxan futbolçumuz, yenə 90 dəqiqə mübarizə aparıb. “Qırmızı qardaşlar” 32 xalla 16 klub arasında 8-ci sıradadır.