- Baxış sayı: 76
- 06 Mart 2026 19:56
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0

İsveç kubokunda 2-ci təsnifat mərhələsinin matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası “Kalmar” aşağı liqa təmsilçisi “Qrebbestad”la qarşılaşıb.
“Qırmızı qardaşlar” bu görüşdən qələbə ilə ayrılıb – 3:0. Çempionat oyunlarında daim 90 dəqiqə meydanda olan futbolçumuz, kubok görüşünü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Bu qələbə “Kalmar”ın İsveç kubokunun qrup mərhələsinə vəsiqə qazanmasına kömək edib.