Emin Nurisiz “Kalmar” səfər matçında məğlubiyyətlə üzləşdi

İsveç çempionatında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Erebru” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Kalmar”ın əsas heyət oyunçularından olan Eminin adı son üç turda olduğu kimi, bu matçın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan