Ən ehtiraslı azarkeşlər: Türkiyə 3-dür – FOTO

Futbol bəzi ölkələrdə sadəcə oyun deyil, həm də bir həyat tərzidir. Allsport.az xəbər verir ki, “CİES football observatory” azarkeş ehtirasının hazırda ən yüksək olduğu ölkələrin siyahısını açıqlayıb.

Dolu stadionlar, gurultulu şüarlar və həm qələbə, həm də məğlubiyyət anlarında komandalarına olan sarsılmaz sədaqət meyarları əsasında hazırlanan reytinq cədvəlinə Braziliya başçılıq edir. Argentina ikinci, Türkiyə isə üçüncü pillədə qərarlaşıb. Siyahının ilk onluğunda İngiltərə, Mərakeş, Almaniya, Meksika, İndoneziya, İtaliya və Şotlandiya kimi ölkələr də yer alıb.

Reytinqin sonrakı sıralarında Misir, Uruqvay, Kolumbiya, Serbiya, İspaniya, Peru, Əlcəzair, Portuqaliya, Səudiyyə Ərəbistanı və Xorvatiya qərarlaşıblar. Siyahıda həmçinin Polşa, Seneqal, Çili, Niderland, Yunanıstan, Vyetnam, ABŞ, Nigeriya, İran və Yaponiya təmsil olunublar.

CİES bu siyahını tərtib edərkən stadionlara azarkeş axını, fanatların aktivliyi, oyun günü yaranan atmosfer və azarkeşlərin həm evdə, həm də xaricdə öz klublarını və milli komandalarını dəstəkləmə intensivliyi kimi göstəriciləri əsas götürüb.

Həmin kateqoriyadan