Enrike Londona yollanib

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike “Çelsi” ilə danışıqlar aparmaq üçün Londona üz tutub.

Allsport.az xəbər verir ki, premyer liqa klubunun rəhbərliyi mütəxəssisi bir neçə gün əvvəl qovduğu baş məşqçisi Qrem Potterin yerinə uyğun görür. 

Luislə “zadəganlar” arasında əlaqə yaradılıb, lakin klub növbəti addımda məşqçi və onun nümayəndələri ilə şəxsi danışıqlar aparacaq.

Potter İngiltərə premyer liqasının 29-cu turunda “Aston Villa” ilə oyunda uduzduqdan (0:2) sonra istefaya göndərilib.

Qətərdə keçirilən dünya çempionatından sonra İspaniya yığmasının baş məşqçisi vezifəsini tərk edən Enrike son həftələr İngiltərə premyer liqasında qalmaq arzusunda olduğunu gizlətməmişdi.

Luis İspaniyanın “Selta” və “Barselona” klublarında çalışıb, həmçinin İtaliyanın “Roma”sına rəhbərlik edib.

Həmin kateqoriyadan