Enrike Serezo: “Qarabağ” bizi hər 2 oyunda batırdı
30 avqust 2018 / 12:20 Baxış sayı: 1620 İspaniyanın “Atletiko” klubunun prezidenti Enrike Serezo çempionlar liqasının bu gün atılacaq püşkündən gözləntilərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 70 yaşlı funksioner istənilən komanda ilə oynamağa hazır olduqlarını bildirib.
Onun fikrincə, “Atletiko” ötən mövsümlə müqayisədə daha məşhur komandaları məğlub etməyə qadirdir: “Bütün komandalar vacibdir. Lakin ötən ildən təcrübəmiz var. Hətta adını belə xatırlamadığım komanda bizi hər 2 oyunda batırdı. Bu il isə qalib gələ biləcəyimiz daha məşhur komandalar gözləyirik”.
Sportnet.az-ın məlumatına görə, Enrike Serezonun adını xatırlamadığı komanda “Qarabağ”dır. Azərbaycan təmsilçisi 2017-2018 mövsümündə çempionlar liqasının qrup mərhələsində “Atletiko” ilə evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib. Nəticədə İspaniya klubu qrupda 3-cü yeri tutaraq, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Əvəzində “Atletiko” mübarizəni Avropa liqasında davam etdirib və sonda qalib olub.