- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Neymar Luis Enrike ilə PSJ-dəki perspektivlərini müzakirə edib.
Allsport.az xəbər verir ki, PSJ-nin baş məşqçisi olacaq Enrike yaxın zamanla Neymarla telefonla danışıb.
Luis braziliyalıdan qüsursuz həyat tərzi tələb edib – bu həm meydanda, həm də meydandan kənarda davranışa aiddir. Bundan əlavə, məşqçi hücumçuya növbəti mövsümdə ona arxalandığını açıqlayıb: əgər o, artıq Parisdə özünü xoşbəxt hiss etmirsə, klubu dəyişə bilər.
Enrike statusundan asılı olmayaraq, bu yay PSJ-də heç bir futbolçu saxlamayacağını da bildirib.
İyunun əvvəlində paytaxt təmsilçisinin Neymarı ardıcıl ikinci yay transfer siyahısına saldığı məlum olub.
Enrikenin təyinatından sonra vəziyyət dəyişə bilər – onların “Barselona”dakı günlərindən yaxın münasibətləri var.