Ərdoğan Türkiyə millisi ilə görüşdü. “İndiyə qədər bunu çox yaxşı etmisiniz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avro-2024-ün 1/4 finalında Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək, milli komanda ilə görüşüb. Allsport.az xəbər verir ki, o, futbolçuları təbrik edib, ölkə üçün onların çempion olduğunu deyib:

“Hamınızı təbrik edirəm. Bu gün burada belə nəticə əldə etsək də, siz bizim çempionumuzsunuz. Sizdən razıyıq. Bunun gələcəyi var və biz bunu gələcəkdə də davam etdirəcəyik. Mən buna inanıram. İndiyə qədər bunu çox yaxşı etmisiniz”.

Həmin kateqoriyadan