VİDEO
Erməni təxribatına görə Lüksemburqun idman naziri “Qarabağ” rəhbərliyindən üzr istəyib

“Qarabağ”ın qitə liqasının “A” qrupunda Lüksemburqda “Düdelanj”la oyunun 31-ci dəqiqəsində erməni təxribatının törədilib. Allsport.az saytı xəbər verir ki, düşmən ölkənin şovinistləri “Josy Barthel” stadionunda kənardan idarə edilən qurğu vasitəsi ilə seperatçı respublikanın bayrağını havadan gəzdiribər. Futbolçularımız nə qədər çalışsa da, məsafə hündür olduğundan dronu topla yerə sala bilməyiblər. Belədə, azərbaycanlı azarkeşlər arasında gərginlik yaşanıb və matç yarıda dayandırılıb.

Təxminən 20-22 dəqiqəlik fasilədən sonra “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov stadionda “Düdelanj” rəhbərliyinin bu təxribata görə azərbaycanlı azarkeşlərdən üzr istədiyini diqqətə çatdırıb. Lüksemburqun idman naziri komandamızın soyunub-geyinmə otağına gələrək, durumu aydınladıb və Qarabağın Azərbaycan ərazisi olduğunu deyib. O, təxribatçıların tutularaq cəzalandırılacağına söz verib.

Bundan az sonra futbolçular meydana qayıdıblar və görüş dayandığı yerdən davam edib. Olaya qədər hesab 2:0 komandamızın xeyrinə olub. Qeyd edək ki, baş verənlərə görə UEFA Lüksemburq klubunu cəzalandıracaq.


Həmin kateqoriyadan