- Baxış sayı: 15
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb.
Futbolçumuzun klubu bu matçda qalib gəlib (1:0). Yarımmüdafiəçimiz start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolda məhsuldar ötürmə verib.
“Ağ-bənövşəyilər” 26 xalla 18 klub arasında 15-ci pilləyə yüksəlib.