- Baxış sayı: 65
- 27 Mart 2026 18:30
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0

Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun komandası “Ersgebirge” doğma meydanda “Sandhauzen”lə qarşılaşıb.
Matç ev sahibinin qələbəsi ilə başa çatıb – 2:0. Həmvətənimiz bu görüşün 68-ci dəqiqəsində meydana çıxıb. “Ersgebirge” 2 turdan sonra 3 xalla 6-cı pillədə qərarlaşıb.