“Erzgebirge” də millimizin yarımmüdafiəçisini cəzalandırıb
25 oktyabr 2017 / 11:59 Baxış sayı: 1044 Almaniya Futbol İttifaqının intizam komitəsinin ardından, öz növbəsində, “Erzgebirge” klubu da millimizin futbolçusu Dmitri Nəzərovu cəzalandırılıb. Allsport.az saytı xəbər verir ki, Aue təmsilçisinin baş məşqçisi Hannes Dryus “Bild”ə açıqlamasındaŞ yarımmüdafiəçinin cərimələndiyini deyib.
Dima 2-ci Bundesliqasının 11-ci turunda “Yan Regensburq” qarşı matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib oyunçunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. AFİ buna görə Nazarovu 3 oyunluq cəzalandırıb, klub 3 min avro ziyana düşüb.