“Əsas hədəfimiz çempionluqdur”

Dünya çempionatında iştirak edəcək U-23 üzrə milli komandamızın baş məşqçisi Rəcəb Fərəczadə mətbuata açıqlama verib.
Allsport.az xəbər verir ki, o, mundialdakı hədəfləri barədə danışıb: “Hazırlığımızı demək olar ki, tamamlamışıq. Bu gün sonuncu məşqimiz oldu. Daha sonra oyun öncəsi son məşqimiz olacaq. Rəqiblərimizi hələ tam tanımırıq. Ola bilsin birinci oyun bir qədər çətin oldu. Ancaq sonrakı oyunlarda rəqiblərimizi bir qədər təhlil etməyə imkanımız olacaq. Komandamız yaxşı perspektivli futbolçulardan formalaşıb. Hədəfimiz əlbəttə ki, çempionluqdur. Bu uğuru qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan