Əsas namizəd Konseysaudur

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdıran Serjiu Konseysau “Marsel”in baş məşqçi postuna əsas namizədlərdən biridir.

Allsport.az xəbər verir ki, Roberto de Zerbi ilə yolunu ayıran Fransa təmsilçisi portuqaliyalı mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Hazırda bu vəzifəyə digər əsas iddiaçı “Renn”in sabiq çalışdırıcısı Həbib Beydir. Lakin Konseysau hələ də “Əl-İttihad”la müqaviləli (2028-ci ilə qədər) olduğu üçün onun transferi 4,5 milyon avro təzminat ödənilməsini tələb edə bilər.

Karyerası ərzində “Portu” və “Milan” kimi klublarda işləmiş 51 yaşlı məşqçi 3-qat Portuqaliya çempionudur.

Həmin kateqoriyadan