Əsgər Abdullayev istefaya göndərilib

Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayev rəhbərlik etdiyi “İmişli” ilə yollarını ayırıb.

Allsport.az xəbər verir ki, qərar məşqçi heyəti ilə keçirilən görüşdə qəbul olunub. Toplantıda ötən mövsümün yekunları müzakirə edilib. Öncə məşqçi heyətinin hesabatı dinlənilib. Qeyd olunub ki, nəticə planlaşdırıldığı kimi olmasa da, “İmişli” tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Bölgə təmsilçisinin rəhbərliyi hesabatı qənaətbəxş kimi qəbul edib. Ardınca növbəti mövsümlə bağlı müzakirələr aparılıb. Növbəti mövsüm üçün “İmişli”nin yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olması qərara alınıb. Abdullayev və köməkçiləri ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

Qeyd edək ki, “İmişli” ötən mövsümdə I Liqada 4-cü yeri tutub.

Həmin kateqoriyadan