- Baxış sayı: 114
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

UEFA millətlər liqasının qrup mərhələsində keçiriləcək Estoniya – Azərbaycan oyunundan öncə təşkil olunacaq açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, oktyabrın 10-da, yerli vaxtla saat 17:15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı gerçəkləşəcək.
Saat 18:00-da isə yığmanın açıq məşqçi baş tutacaq. Rəqibin baş məşqçisinin mətbuat konfransı 10:45-də, açıq məşqi isə 11:15-də olacaq.
Qeyd edək ki, Estoniya – Azərbaycan matçı oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək.