- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.
Allsport.az xəbər verir ki, Tallində baş tutacaq qarşılaşmanı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.