Arvadı başına iş açdı

ABŞ-ın “Los Anceles Qalaksi” klubu Aleksandar Katai ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib. Allsport.az xəbər verir ki, anlaşmanın pozulmasının səbəbi açıqlanmayıb.

Yerli mətbuat isə 29 yaşlı serb futbolçunun komandadan ayrılmasına həyat yoldaşı Tea Katainin səbəbkar olduğunu yazıb.

O, ABŞ-da polisin Afrika kökənli Corc Floydu öldürməsi ilə bağlı etirazları lağa qoyub. İrqçilik azarkeşlərin qəzəblənməsi ilə nəticələnib.

Həmin kateqoriyadan