- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

Gələn ilin mayın 29-da Avropa liqasının finalının paytaxtda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın təşkilat komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı olimpiya stadionu digər tədbirlər üçün qapalı olacaq.
Allsport.az saytı xəbər verir ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.
AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.