- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Roma”nın müdafiəçisi Evan Ndika özünü yaxşı hiss etsə də, xəstəxanada həkim nəzarəti altında qalır.
Allsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb:
“Komanda Ndikanı xəstəxanada ziyarət etdi. Evan özünü yaxşı hiss edir və əhval-ruhiyyəsi yaxşıdır. O, xəstəxanada həkimlərin nəzarəti altında qalacaq”.
“Roma”nın müdafiəçisi Evan Ndika “A” seriyasının 32-ci turunun “Udineze” ilə oyununda (1:1) huşunu itirib, nəticədə qazonda uzanıb və meydanı yalnız xərəkdə tərk edə bilib.